Qurban Qurbanov özünü cərimələyib? - AÇIQLAMA
    • 23-10-2018, 12:40
    • 924

Qurban Qurbanov özünü cərimələyib? - AÇIQLAMA

AFFA İntizam Komitəsi bu gün Azərbaycan Premyer Liqanın VIII turunda “Səbail”lə qarşılaşan “Qarabağ”a (1:0) texniki məğlubiyyət verəcək.
Buna səbəb Ağdam klubunun oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır. 
Matçın protokolunda Abbas Hüseynovun adı göstərilməsə də, o, ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana çıxıb. 
Sportinfo.az-ın məlumatına görə, Qurban Qurbanov bu hadisədən dolayı sərt qərar verib.
O, özü və bu məsələyə cavabdeh olan köməkçisi Elçin Rəhmanov başda olmaqla, bütün məşqçi korpusunun cərimələnməsi barədə rəhbərliyə raport yazıb. Rəqəm açıqlanmasa da, məbləğin kifayət qədər yüksək olduğu bildirilir.
Bu məsələ ilə bağlı “Qarabağ”dan rəsmi mövqe öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu məsələnin klubdaxili olduğunu bildirdi:
“Bu, klubdaxili məsələdir. Belə bir şey olsaydı belə, bundan mətbuat xəbər tutmazdı. Hazırda “Vorskla” ilə oyuna hazırlaşırıq. İntizam Komitəsi qərarını açıqlamayıb. Ona görə indi bu barədə danışmağımız düzgün deyil. Belə bir şey olmayıb. Olsa da, bundan ictimaiyyətin xəbər tutması mümkün deyil”.
//oxu.az