Gürcüstanlı jurnalist və ekspertlər Füzulidə - FOTO
    • 28-02-2021, 15:00
    • 552

Gürcüstanlı jurnalist və ekspertlər Füzulidə - FOTO

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gürcü jurnalistlər və ekspertlərin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil edililib.

3 gün nəzərdə tutulan səfərdə Gürcüstanın "Pirveli TV", "Mtavari Arkhi", "Imedi TV", "POS TV" kanallarının jurnalistləri və ekspertlər bu gün işğaldan azad olunmuş Füzuli rayonuna səfər ediblər.

Xarici media nümayəndələri səfər çərçivsində Cəbrayıl və digər rayonlara gedərək orada da ermənilərin törətdiyi vandallığı öz gözləri ilə görüb.

Jurnalistlər tərəfindən həmin ərazilərdə çəklişlər aparılır. /Trend/