Laqonda ilə qolunu kəsdi, qanaxmadan öldü
    • 15-11-2024, 13:12
    • 246

Laqonda ilə qolunu kəsdi, qanaxmadan öldü

Bakının Sabunçu rayonunda ehtiyatsızlıq ölümə səbəb olub.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1958-ci il təvəllüdlü Əsgərov Hüseynəli Musa oğlu evində laqonda ilə işləyərkən qolunun bazu sümüyün kəsib.

Ailə üzvləri onu xəstəxanaya çatdırsa da, yaralı dünyasını dəyişib.

Həkimlərin verdiyi məlumata görə, onun ölümünə səbəb qan itirməsi olub.

Fakt araşdırılır.