Paşinyanın əleyhdarları HÖKÜMƏT BİNASINA GİRDİ - VİDEO
    • 1-03-2021, 13:36
    • 502

Paşinyanın əleyhdarları HÖKÜMƏT BİNASINA GİRDİ - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları İrəvanın mərkəzindəki hökumət binasına basqın edib.

News24.az RİA-ya istinadən xəbər verir ki, bnada bir neçə nazirliyin ofisi var.

Müxalifətçilər birinci mərtəbədəki foyedə mitinq keçirərək, şöbələrin işçilərini N.Paşinyan tərəfdarlarının mitinqində iştirak etməməyə çağırıblar.

Onlar Nazirlər Kabineti rəhbərinin istefasını tələb edən şüarlar səsləndirərək binanı tərk ediblər. Etirazçılardan biri aksiyanı bitirdiklərini və əsas məqsədin istənilən nazirliyiə daxil ola biləcəklərini göstərmək olduğunu bildirib.