Gədəbəydə yağan qar yollarda çətinlik yaratdı - FOTOLAR
    • 2-03-2021, 10:49
    • 279

Gədəbəydə yağan qar yollarda çətinlik yaratdı - FOTOLAR

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri qabaqlayıcı tədbirlər həyata keçirirlər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin  əməkdaşları xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.

Bundan əlavə sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər, onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər.