"Mama məni qoydu getdi" - Bakıda küçədən tapılan azyaşlı qız
    • 3-03-2021, 10:56
    • 464

"Mama məni qoydu getdi" - Bakıda küçədən tapılan azyaşlı qız

Xətai rayonunda azyaşlı qız uşağı tapılıb. 

Barədə News24.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, adının Nərgiz olduğunu deyən 4 yaşlı uşaq ötən gün axşam 6-7 radələrində tapılaraq sığınacağa gətirilib:"Daha çox küçədə qalması geyimindən, natəmizliyindən bəlli idi. Uşaq qismən də ola danışa bilir. Polis əməkdaşlarına 2 yaşı nda olduğunu deyib. Əslində isə zahiri görünüşü, bədən quruluşu bildiri ki, azyaşlı təxminən 4 yaşındadır. Valideynləri haqda heç bir məlumat verə bilmir. Bircə onu deyir ki, "Mama məni qoydu getdi". Bəlkə də bu şərti anadır. Biz bilmirik. Yəqin ki, yaxın günlərdə bu haqda məlumat olar".