-
- 26-06-2020, 12:10
- 1 068
Bakıda tapılan 8 yaşlı qızın VALİDEYNLƏRİ AXTARILIR
Bakıda Səbayıl rayonu ərazisində 8 yaşlı qız tapılıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Bildirilib ki, uşaq ötən gün Səbayıl rayon 9-cu Polis Bölməsi tərəfindən Uşaq Sığınacağına təhvil verilib: “Azyaşlının dediyinə görə onun Məmmədova Səma Kazım qızıdır və 2012-ci il təvəllüdlüdür. Nizami parkı ərazisində bir neçə gündür tək qalıb, gecələyib. Anasının adı Şəfadır. Gəncə şəhərindən olduğunu bildirir. Atasının adı Kazımdır. Azyaşlının dediyinə görə İran əsillidir. Vəziyyətindən də məlumdur ki, uşaq uzun müddətdir baxımsız, natəmiz haldadır, günlərlə yatmayıb”.
Azyaşlını tanıyan şəxslərdən 0555260888 və ya 0554660806 nömrəli qaynar xəttlə, həmçinin “WhatsaApp” vasitəsi ilə əlaqə saxlamaları xahiş olunur.