Gəncə sakini Bakıda 10 min manatlıq telefonları oğurladı
    • 3-03-2021, 12:19
    • 303

Gəncə sakini Bakıda 10 min manatlıq telefonları oğurladı

Bakıda mağazada oğurluq olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10 min manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Yusifov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini K.Xasıyevlə birgə Bakı şəhər sakinləri Ü.Kazımlının mopedini, S.Babyevin “Yamaha” və C.Həsənovun “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılıb.