Bakıda mağazadan 4 200 manatlıq oğurluq edən şəxs tutuldu
    • 3-09-2020, 11:57
    • 667

Bakıda mağazadan 4 200 manatlıq oğurluq edən şəxs tutuldu

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da rayon ərazisindəki mağazaların birindən 4 200 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əzizov saxlanılıb.