"Sadakatsiz"də aktyor AYRILIĞI - FOTO
    • 4-03-2021, 10:44
    • 663

"Sadakatsiz"də aktyor AYRILIĞI - FOTO

Türkiyənin ən reytinli seriallarından olan "Sadakatsiz"dən daha bir aktyor ayrılır.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə layihəni aktyor Emir Tarık Tekin tərk edəcək. O, serialda Selçuk obrazını canlandırıb. 

Qeyd edək ki, "Sadakatsiz"in baş rollarında Caner Cindoruk, Cansu Dere və Melis Sezen kimi aktyorlar çəkiliblər.

Sevda Bayramova