Bakıda evdə yanğın - 1 NƏFƏR ÖLDÜ
    • 4-03-2021, 11:40
    • 263

Bakıda evdə yanğın - 1 NƏFƏR ÖLDÜ

Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən News24.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.