-
- 23-10-2018, 16:15
- 738
Səhər ingiliscə, günorta almanca danışan qadın. Onun beyni niyə belə işləməyi tələb edir?
Hannah Jenkins səhərlər ingiliscə, günortalar isə almanca danışır. Bu rejimi öz istəyi ilə seçməsə də, beyni ondan bunu tələb edir. Hər şey bir velosiped qəzasından sonra başlayıb.
Onun partnyoru Andrew Wilde ABŞ-ın Montana ştatında bir dağa dırmanan zaman Hannahdan qəribə bir mesaj alır.
O, yalnız iki sözü oxumağı bacarır - "it" və "xəstəxana" - lakin dərhal hiss edir ki, nə isə baş verib.Mesajın mətni alman dilində idi. Hannah bu dildə danışaraq böyüyüb, amma Andrew almanca bilmirdi. Onlar bir-biri ilə yalnız ingiliscə danışırdılar.
O zaman Hannah evində, Birləşmiş Krallığın Berkshire əyalətinin Wokingham şəhərində qalmışdı və qurduğu it təlimi biznesini idarə edirdi. Andrew isə bir beynəlxalq atıcılıq yarışı üçün ABŞ-da təlimdə idi.O, Hannahın mobil telefonuna zəng vursa da düşə bilmir. Narahat olmağa başlayan Andrew Berkshire-də yerləşən xəstəxanalara zəng vurmaq qərarına gəlir. Lakin heç bir məlumat ala bilmir. O, evə qayıtmalı olduğunu anlayır.
Nə baş verdiyindən xəbərsiz Andrew aeroporta yollanır.
O, bir neçə gün öncə sağollaşdığı Hannahın əvəzinə fərqli bir Hannah ilə qarşılaşacağını ağlına belə gətirmirdi.
Andrew-ya həmin mesajı göndərməmişdən bir gün əvvəl Hannah evlərinin yaxınlığındakı bir parkda velosiped sürürmüş.
Parkı yaxşı tanımağına baxmayaraq, o, bir döngədə digər velosipedçi ilə toqquşur.
Özü çox şey xatırlamasa da, digər velosipedçi onu yerdə hərəkətsiz və yaralı görüb, təcili yardım çağırır.
Digər velospiedçi yardım gələnə qədər gözləyir, həkimlərə velosipedini saatdan 32 kilometrdən artıq sürətlə idarə etmədiyini deyir və başqa heç bir məlumat vermədən uzaqlaşır.
Hannah üçün pul kisəsindəki kartların üzərindəki məlumatlar əsasında hava tibbi yardımı çağırılır.
Onun sağ qalması möcüzə kimi görünürdü.
Nəhayət ki, Hannah Royal Berkshire Hospitalına gətirilir. Özünə gəldikdən sonra isə harada olduğunu, nə və necə baş verdiyini, eləcə də danışılan dili anlamırdı.
"Heç bir şey başa düşmürdüm", o deyir.
"Elə bilirdim ki, bir xarici ölkədə ayılmışam və insanların niyə anlamadığım dildə danışdığını başa düşə bilmirdim".
Həkimlər onunla yad dildə danışırdılar. Nəhayət ki, o, doğru sandığı "ad" və "doğum tarixi" məlumatlarını xatırlayır və yaxınlaşan hər kəsə deyir. Həmin anda edə biləcəyi ən doğru şeyin bu olduğunu düşünürdü.
Həkimlər isə Hannahın sənədlərində Birləşmiş Krallıqda (BK) yaşadığı və işlədiyini göstərən məlumatlardan təəccüblənirlər. Onlar bilirdilər ki, xəstənin adı Hannah Jenkinsdir və bununla belə, o, ingiliscə anlamır və danışmırdı.
Onlar Hannahın ən yaxın qohumu olan bacısı Margaretə zəng vururlar və Margaret Hannah ilə danışmaq istəyir.
Bu qədər müddət xəstəxana çarpayısında oturub heç nə anlamayan Hannah, nəhayət ki, onunla eyni dili danışan biri ilə söhbət edirdi.
Bu, həkimləri təəccübləndirir, çünki Hannah indiyə qədər yalnız qəribə, anlaşılmaz sözlər deyirdi.
Hannahın Margaretə veriləsi sualı çox idi. Həmin suallardan biri də həkimlərin onunla niyə ingiliscə danışmaması idi.
"Onlar ki, ingiliscə danışırlar", bacısı cavab verir.
Görünür ki, qəza Hannahın ingilis dili biliyini yaddaşından silmişdi.Əvəzində isə uşaq ikən öyrəndiyi alman dili yaddaşında qalmışdı. Bacısı ilə də almanca danışırdı.
"Həkimlərin mənim almanca danışdığımı bilmirdilər", Hannah izah edir.
"Bacımla əlaqə qurana qədər bundan xəbərsiz idilər".
BK-da böyüyən bacılara poliqlot valideynləri həm almanca, həm də ingiliscə öyrədibmiş. Onların avstriyalı anası dörd dil bilir və İngiltərədən olan ataları yeddi dildə danışırmış.
"Almanca mənim ilk şifahi dilim olub", Hannah deyir.
"Dilin itməməsi üçün evimizdə ailə arasında almanca danışmaq qaydası var idi.
"Lakin xəstəxanadakıların ingiliscə danışmasını anlamırdım. Beynim ingilis dilini anlamaq qabiliyyətini itirmişdi".
Məsləhətçi neyrocərrah və Headway adlı beyin zədəsi üzrə xeyriyyə cəmiyyətinin qəyyumu Colin Shieffə görə, Hannah ikinci dil itkisi adlanan bir hadisəni yaşayırdı.
"Beynimiz çox həssasdır və kompüteri pozmaq qabiliyyətində olan istənilən şey bizim danışdığımız dilə də təsir göstərə bilər", o deyir.
"Spesifik zədənin alman isimləri və ya ingilis qrammatikasını unutmamıza səbəb olduğunu sübut edən bir alqoritm mövcud deyil, lakin bu baş verir".
Onun sözlərinə əsasən, adətən, yaddaşdan itməyən şeylər uşaqlıqda əldə edilən bacarıqlar olur: "hə" və ya "yox" sözünü demək qabiliyyəti, yaxud bağça mahnıları.
Adətən "əbədi kök salan bir şey" heç vaxt yaddan çıxmır, amma ilk unudulan şeylər sonradan öyrənilən bacarıqlar olur, neyrocərrah deyir.
Hannah nitqini niyə itirdi?
Beynin bir çox hissələri nitq və dil zamanı işləyir, xüsusilə də alın və gicgah payları.
Bu hissələrin zədələnməsi nitqə bir şəkildə təsir göstərir - lüğətin yadda saxlanmasından tutmuş, səlis nitqin qurulmasına qədər və bəzi insanlarda əlaqə birdəfəlik təsir görür.
Bəzən isə zədədən öncə iki dildə səlis danışmağı bacaran insanlar dilin birini unudur, digərini xatırlayırlar.
Toqquşmanın fiziki təsiri çox az idi - zədələnmiş qıç və ağrıyan çiyin - və buna görə də Hannah bir neçə gündən sonra xəstəxanadan buraxılır.
Lakin o, tərcüməçiliyini edən bacısı vasitəsilə öyrənir ki, beyin zədəsi kifayət qədər ciddidir və yaxşılaşması üçün illər lazım ola bilər.
O, evə qayıdır və Andrew-nu gözləyir.
"Radioya çox qulaq asırdım", o deyir.
"Nə qədər başa düşdüyümü xatırlamasam da, partnyorum qayıdan zaman dilimin nə qədər pisləşdiyini anladım".
Cütlük səkkiz ildir ki, bir yerdə yaşayırmışlar. Lakin artıq Hannah Andrew-nu başa düşmürdü və Andrew-nun məktəbdən xatırladığı almanca da çox işə yaramırdı.
Onlar özlərindən əl işarələri və işarə dili fikirləşirlər. Vaxt keçdikcə, Hannahın yazılı ingilis dili danışıqdan daha tez inkişaf edir.
"Heç bir halda bir-birimizi başa düşməyən zaman biz əlacı yazmaq və bir-birimizə mesaj və ya elektron məktub göndərməkdə tapdıq. Eyni otaqda olsaq belə", o deyir.
"Andrew ilə münasibətim əvvəlki kimi deyildi, çünki danışa bilmirdim və buna səbəb yorğunluq və ya təzyiq altında olmaq deyildi.
"Başa gələn vəziyyətdə səbirli qala bilmək həmişə çox çətindir. Amma Andrew-suz heç nəyə nail ola bilməzdim".
Andrew Hannaha kömək olmaq üçün işindən 18 aylıq ödənişli yaradıcılıq məzuniyyəti götürüb. Hannah yavaş-yavaş ingiliscəsini yaxşılaşdırır, lakin bir şey üç il keçməsinə baxmayaraq, hələ də düzəlməyib.
İngilis dili artıq onun ikinci dilinə çevrilib.
"Səhərlər hər şey yaxşı olur, amma günortalar yorğunluq çökür və mən almanca düşünməyə başlayıram.
Özüm üçün almanca kiçik qeydlər edirəm və beynimin ünsiyyət ilə məşğul olan hissəsini demək olar işlətmirəm ki, axşam partnyorum evə gələndə rahat danışa bilim".Cütlük həm də qəzadan sonra Hannahın xasiyyətindəki dəişikliklər faktını da qəbul edib. Hannaha "qəzadan sonra eyni insan olmaya bilərsən" xəbərdarlığı edilmişdi.
"Məncə, ən çətini də budur", o deyir.
"Sanki yeni özünü tanımamışdan əvvəl, köhnə özünə sağ ol demək üçün çətin bir prosesdən keçməlisən.
"Ancaq başlanğıcda təəssüf hissi çox yüksək olur. Çox vaxt mən mübarizə aparıb, deyirdim ki, yox, elə özüməm, dəli olma, həmişə də belə idim".
Hannah xasiyyətində bir necə "incə fərqlər" hiss edib - əvvəlki qədər səbirli deyil - və buna görə də biznesini dayandırmalı olub.
"İşimin arxasında dayanan nəzəriyyəni unutdum, reaksiyalarım daha yavaş idi və insanlara doğru məsləhət vermək üçün kifayət qədər səbirli deyildim".
O, universitetdə təhsil aldığı fotoqrafiya və incəsənətlə məşğul olmağa başlayıb və tamamilə yeni idman növünə köklənib - atıcılıq.
"Atıcılıq bacarıq meditasiyası kimi təsvir olunur və düşünürəm ki, bu doğrudur. Çünki etdiyin işə tam köklənməlisən. Əgər fikriniz yayınarsa və ya düşüncəniz dağınıq olarsa, güllələriniz də eyni cür çıxacaq.
"Başlanğıcda təxminən 20 dəqiqə güllə ata bilirdimsə, indi bir saat yarım məşğul ola bilirəm".
2015-ci ilin bir oktyabr günü başına gələn qəza Hannahın həyatını, dilini və şəxsiyyətini dəyişsə də, o, buna alışmağı öyrənə bilib.
"Beynimdə özümü bu cür qəbul etməyə məcburam", o deyir.
"Yenidən özümü özüm kimi hiss edə bildiyimə görə xoşbəxtəm. Yeni mən ilə həyatımı davam etməmək üçün heç bir səbəb görmürəm".