Bakı Dövlət Sirkində yeni fırıldaq: Kassada bilet həm var, həm də yoxdur
    • 25-12-2019, 12:44
    • 784

Bakı Dövlət Sirkində yeni fırıldaq: Kassada bilet həm var, həm də yoxdur

“Bakı Dövlət Sirki nümayiş olunacaq tamaşalar üçün biletləri kassadan satmır və biletlərin elan olunmazdan əvvəl topdansatışı həyata keçirilir”.

Bunu açıqlamasında şikayətçi S.Bağırov deyib.

Onun sözlərinə görə, Bakı Dövlət Sirki biletləri satandan sonra bilet satışı barədə elan verir: “Bilet almaq üçün getdim və təsəvvür edin ki, Bakı Dövlət Sirkinin kassasının qarşısında heç kim yox idi. Kassanın qarşısında yalnız yanvar ayının 1-nə kimi biletlərin satışı haqqında elan vurulub. Məsələn, dekabrın 28-də 15:00 üçün, 29-na 12:00 və 15:00 üçün biletlər qalmışdı. Ayın 1-i üçün isə yalnız saat 12:00-ın biletləri qalmışdı. Mən ayın 2-si üçün bilet istəyirdim. Mənə ayın 2-si üçün biletlərin satışa çıxarılmadığı bildirildi və dedilər ki, nə zaman satışa çıxarılacağı da bilinmir. Həmin zaman daha bir müştəri də gəldi. Məlum oldu ki, o da günlərlə zəng edərək sirklə əlaqə saxlasa da ona ayın 1-i üçün heç bir bilet satışı olmadığı deyilib.

Növbəti günü zəng edəndə isə ayın 1-i üçün satış elan olunduğu bildirilsə də, yalnız saat 12:00-a bilet qaldığı məlum oldu, öz də 20 manata. Bu, necə olur? Hər gün zəng vurmağına baxmayaraq deyirmişlər bilet yoxdu, amma satış günü zəng edəndə deyirlər yalnız 12 üçün, özü də 20 manatlıq bilet qalıb. Bununla bağlı biz sirkin administratoru ilə görüşdük və şikayətimizi bildirdik ki, hər gün zəng edən zaman bilet satışının elan olunmadığı deyilir, amma bura gələn zaman artıq biletlərin satıldığının şahidi oluruq. Biz ən əsası biletlərin kassadan satışının niyə həyata keçirilməməsinin səbəbini soruşduq. O bizə dedi ki, biletləri kampaniyalara və şirkətlərə veririk”. /Report/