-
- 23-10-2018, 17:20
- 936
Kseroksun tarixi
İndiki dövrdə təhsil və iş sahəsinin ayrılmaz parçalarından biri də surətçıxartmadır ( kserokopiya).
News24.az xəbər verir ki ,hər gün bütün dünyada milyardlarla sənədin surəti çıxardılır.
Surətçıxartmanın ixtiraçısı Kaliforniya Texnologiya Universitetinin məzunu Çester Karlsondur. 1930-cu illərdə ABŞ-da iş tapmaq çox çətin idi. Diplomunu yenicə almış fizikaçı, çətinliklə olsa da, hüquqçunun köməkçisi vəzifəsinə işə düzələ bilib.
Karlsonun işi hər gün sənədlərin sürətini çıxartmaqdan ibarət idi. Lakin, lazım olan sənədləri əli ilə surətini çıxartmaq çox vaxt aparırdı. Buna görə də o, bu prosesi sürətləndirmək üçün cihaz hazırlamaq qərarına gəlir.
Dünyada ilk surət ıxartma cihazını Karlson öz qarajında hazırlayıb. İlk aparatın iş prinsipi, kükürdün qızdırılma nəticəsində kağıza yapışıb məlumatların surətini çıxartmaqdan ibarət idi. 4 ildən sonra Karlson bu kəşfinə patent ala bildi.
1947-ci ildə isə Xaloid şirkəti Çester Karlsondan surətçıxarma aparatının istehsal haqlarını aldı,2 ildən sonra isə kütləvi istehsala başladı. Vaxt keçdikcə “Xaloid” şirkəti “Kseroks”- a çevrildi.
İş tapmaqda çətinlik çəkən Karlson, ixtirası nəticəsində milyonçu oldu.
Şəlalə Ağayeva