"20 gün həmrəylik göstərsək, vəziyyətin istiqamətini dəyişə bilərik”
    • 30-03-2020, 21:18
    • 824

"20 gün həmrəylik göstərsək, vəziyyətin istiqamətini dəyişə bilərik”

"Bu artıq yeni mərhələdir. Bu mərhələnin mahiyyəti odur ki, xüsusi həyati əhəmiyyətə malik işlərdə çalışan insanlardan başqa bütün əhaliyə 24 saat küçəyə çıxmaq qadağan olunur".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-yə bildirib. 

O qeyd edib ki, qaydalarda icazələr və istisnalar göstərilib: "Burada 4 istisna hal var. Məqsəd maksimum təcridi təmin etmək, ikinci həyati əhəmiyyətli obyektlərin işini təmin etmək, ən zəruri hallarda insanların küçəyə çıxmasıdır. Nəqliyyatın fəaliyyəti qalır. Sumqayıt, Bakı və Abşeron daxilində şəxsi avtomobillərlə hərəkət sərbəstdir. Ancaq tövsiyə olunur ki, maksimum küçəyə çıxılmasın".
Qurum rəsmisi Bakı metrosunda qeydə alınan sıxlıqdan da söz açıb:
"Bugünkü qrafiklə bağlı metroda sıxlıq olub. Bu gecəki məhdudiyyətlərdən sonra metroda və avtobusda bugünkü sıxlığın olmayacağı gözlənilir. 20 günlük müddətdə həmrəylik göstərsək, vəziyyətin istiqamətini dəyişə bilərik. Bu gün yoluxmanın sürəti sağalmanın sürətini üstələyir. Biz bu 20 gündə sağalmanın sürətini artırıb yoluxmanın sayını azaltsaq, məhdudlaşmadan sonra sərbəstləşmə verilə bilər. Bu məhdudiyyətlərdən sonra yəqin ki, bütün ölkə üzrə fəaliyyətinə icazə verilən şəxslərin sayı 2 milyondan artıq olmaz".