YAP-a sədr müavinləri təyin olundu
    • 5-03-2021, 16:29
    • 513

YAP-a sədr müavinləri təyin olundu

YAP-a sədr müavinləri təyin olunub.

Bu barədə News24.az-a YAP-ın Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsinə uyğun olaraq, YAP sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.