Milli Məclisə yeni sədr müavinləri SEÇİLDİ
    • 10-03-2020, 12:57
    • 655

Milli Məclisə yeni sədr müavinləri SEÇİLDİ

Milli Məclisə yeni sədr müavinləri seçilib. 

News24.az xəbər verir ki, altıncı çağırış parlamentin bu gün keçirilən ilk iclasında hakim Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclis sədrinin I müavini vəzifəsinə Əli Hüseynlinin, sədrin müavini vəzifəsinə isə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən deputat Fəzail İbrahimlinin və bitərəf deputatlar tərəfindən Adil Əliyevin namizədliyi irəli sürülüb.

Onların parlament sədrinin müavinləri vəzifəsinə seçilməsi məsələsi müzakirə olunub.

Müzakirədən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.