Vilayət Eyvazov DYP rəisini işdən çıxardı - FOTO
    • 6-03-2021, 10:54
    • 650

Vilayət Eyvazov DYP rəisini işdən çıxardı - FOTO

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti bölüyünə yeni komandir təyin edib.

 Nazirin əmri ilə polis mayoru Fəqan İsmayılov Şəmkir rayon DYPB-nin rəisi vəzifəsindən azad olunaraq Sumqayıt şəhər DYPŞ-in YPX bölməsinə komandir təyin olunub. 

Əvvəlki komandir Vüqar Qasımov isə nazirin əmri ilə sərəncama göndərilib. /Avtosfer.az/