Vilayət Eyvazov onu vəzifəsindən AZAD ETDI
    • 23-06-2020, 17:14
    • 1 050

Vilayət Eyvazov onu vəzifəsindən AZAD ETDI

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
 

News24.az-ın xəbərinə görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) komandiri, polis mayoru Aqil Məmmədov vəzifəsindən azad edilib.
 
O, BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandir təyin olunub.  Nazirin digər əmri ilə Yevlax postunun komandiri, polis mayoru Etibar İbrahimov da vəzifəsindən azad edilərək, Qaradağ postuna komandir vəzifəsinə təyinat alıb. Oxu.az