Tramp Ərdoğana irad tutdu
    • 24-10-2018, 10:40
    • 844

Tramp Ərdoğana irad tutdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Qaşıqçının qətlini olduqca sərt şəkildə şərh edib.
Bunu ABŞ prezidenti Donald Tramp deyib.
 
O həmçinin Ər-Riyadın hadisəyə reaksiyasına münasibət bildirərək Səudiyyə Ərəbistanı hakimiyyətinin izahatlarını tarixdə ən pis özünümüdafiə adlandırıb. 

Tramp bildirib ki, Ərdoğanla razılaşmaqdan öncə jurnalistin ölümü ilə bağlı daha dolğun məlumat almaq istəyərdi. O qeyd edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin hadisə ilə bağlı araşdırma barədə hesabatı tezliklə hazır olacaq.