Bakıda bu bağça KARANTİNƏ BAĞLANDI - EKSKLÜZİV
    • 9-03-2021, 18:35
    • 608

Bakıda bu bağça KARANTİNƏ BAĞLANDI - EKSKLÜZİV

Bakıda bir bağça karantinə bağlanıb. 

News24.az-a daxil olan məlumata görə, bu bağça Xətai rayonu, Qaçaq Nəbi 89 ünvanında yerləşən 199 saylı Körpələr Evidir. 

Bildirilib ki,bağçanın karantinə bağlanmasına səbəb tərbiyəçilərdən birinin koronavirusa yoluxması olub. 

Bağça martın 1-dən iki həftəlik karantinə bağlanılıb. 

Məsələylə bağlı Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərilib.