Azərbaycanda vaksin olunanların sayı 430 MİNİ KEÇDİ
    • 11-03-2021, 11:59
    • 428

Azərbaycanda vaksin olunanların sayı 430 MİNİ KEÇDİ

Ötən gün Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 11 min 447 nəfər vaksinasiya olunub. 

Bu barədə News24.az-a Nazirlər Kabineti yanında Operatov Qərargahdan məlumat verilib. 

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 436 min 849 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.