Sumqayıtda mağazadan oğurluq edildi
    • 11-03-2021, 12:25
    • 343

Sumqayıtda mağazadan oğurluq edildi

Sumqayıt şəhərində mağaza oğurluq olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da 10-cu mikrorayon ərazisindəki mağazaların birindən 2 400 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini S.Məhərrəmov saxlanılıb.