Sumqayıtda mağazadan 22 min manatlıq oğurluq edən şəxs tutulub
    • 12-01-2021, 12:44
    • 301

Sumqayıtda mağazadan 22 min manatlıq oğurluq edən şəxs tutulub

Sumqayıtda mağazadan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Şəhər Polis İdarəsi  3-cü Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da şəhər ərazisindəki mağazaların birindən 5500 manat və 10.000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev saxlanılıb.