-
- 11-03-2021, 20:10
- 671
“Fəhlə ölümlərini yalnız bu cür azaltmaq olar” - Ekspert
Son dönəmlər əksər tikinti sahələrində hündürlükdən yıxılaraq ağır xəsarətlər alan və ya həyatını itirən fəhlələrin çoxaldığını görürük. Belə olan halda həmin işçilərin ailəsi başsız qalır və ya maddi vəziyyətləri çətin duruma düşür. Bəs, görəsən, niyə bu tendensiya artmaqdadır? Belə faciələrdən, üzücü hadisələrdən yayınmaq üçün hansı addımlar atılmalıdır?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev News24.az-a bildirib ki, bu sahədə baş verən qəzaların böyük faizi texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmaması, tikinti sahəsinin ərazisində təhlükəsiz əmək şəraitinin yaradılmaması səbəbindən baş verir.
Ekspert bildirib ki, istehsalatda baş verən qəzaların demək olar ki, 30 faizi ölümlə nəticələnir: “Tikintidə baş verən qəzalar birinci yerdədir. Hər il tikintidə onlarla qəza hadisəsi baş verir ki, bunun da nəticəsi olaraq orada çalışan işçilər ağır bədən xəsarətləri alır, əmək qabiliyyətini itirir, peşə xəstəliklərinə məruz qalır və ya ölürlər. Ümumiyyətlə, istehsalatda, iş yerlərində işçilər üçün sağlam əmək şəraiti yaratmaq lazımdır ki, xoşagəlməz hadisələr baş verməsin və bədbəxt hadisələrin qabağı öncədən alınsın. Belə olan halda istehsalat qəzaları zamanı insanların ciddi zədə alması, əmək qabiliyyətinin itirilməsi kimi ağır hallar olmaz və ölümlə nəticələnmə ehtimalı aşağı düşər. Ancaq təəssüflər olsun ki, bir çox müəssisələr və iş yerləri bu qaydalara əməl etmir. Tikinti sahəsinin təhlükəsizlik dərəcəsinin nə qədər yüksək olduğunu nəzərə almırlar.
Əhali və ətraf mühit üçün təhlükə yaradan, yanğın və partlayış törədə bilən, zəhərləyici maddələrin emalı, daşınması həmçinin, sosial təyinatlı obyektlər təhlükə potensiallı məkanlar hesab olunur. Tikinti sahəsində kimyəvi tərkibli materialları var. Tez alışan, yanma riski yüksək olan ağırtonnajlı nəqliyyat vasitələri, yükqaldıran kranlar, uçma və dağılma ehtimalı ola biləcək dəmir-taxta konstruksiyalar var. Bundan əlavə, qaynaq işi və elektrik mişarlarının işləməsi çoxmərtəbəli binanın yuxarı mərtəbəsində işlər aparan zaman həm mal-materialın aşağı düşməsi həm də işçinin yıxılma riski vardır. Bütün bunlar tikinti sahəsinin nə qədər təhlükə potensiallı olduğunu göstərir. Ona görə tikinti sahəsində təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır”.
Elmar Nurəliyev bildirib ki, tikinti sahəsində işçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdır: “Təlimat verildikdən sonra işə başlanılmalıdır. Daha sonra işçilər fərdi mühafizə vasitələri ilə təchiz edilməlidir. İşçi dəbilqə, xüsusi geyim forması, iş ayaq geyimi, görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, eynək və əlcək ilə təmin olunmalıdır. Daha sonra isə işçilərin buna riayət etmələrinə nəzarət mexanizmi olmalıdır. Əks halda, bədbəxt hadisələrin baş verməsi qaçılmaz olacaq. Tikinti sahəsində təhlükəsizlik kəməri və ayaq geyimi olmadan yüksəklikdə işləmək olmaz. Yükqaldıran kranların altında digər işçilərin çalışması da doğru deyil. Həmçinin, yükqaldıran kranın altından keçmək risklidir. Eləcə də, ağır tonnajlı nəqliyyat vasitələrinin arxasında durmaq olmaz. Tikintidə hər bir iş görülərkən onun təhlükəsiz yerinə yetecəyinə əmin olduqdan sonra işə başlanmalıdır”.
O bildirib ki, tikinti sahəsində çalışan işçilərlə mütləq şəkildə əmək müqaviləsi bağlanmalıdır: “Tikintini aparan sahibkar bu məsələyə ciddi yanaşmalıdır. İşçilərin də bunu tələb etməsi vərdişini formalaşdırmaq lazımdır. Başa düşürük ki, bir çox hallarda əmək müqaviləsi tələb edən işçiyə “sizinlə əlaqə saxlayarıq” deyib işə götürmürlər. Ancaq bunu bir-iki nəfər yox, böyük əksəriyyət tələb etsə, əminəm ki, əmək müqaviləsi ilə bağlı problem olmayacaq. Müqavilə olan halda işçinin başına bir iş gəldiyi təqdirdə hüquqları pozulmayacaq, həm də sahibkar özünü digər məsuliyyətlərdən qorumuş olacaq. Heç kim hadisələrdən sığortalanmayıb. Ancaq təhlükəsizlik qaydalarına riayət etməyəndə, məsuliyyətsiz olanda və işə biganə yanaşanda, bədbəxt hadisələrin olma riski artır”.
Məhərrəm ƏLİYEV