3 azərbaycanlı işçi tikinti sahəsində hündürlükdən yıxılaraq ölüb
    • 23-10-2018, 11:45
    • 909

3 azərbaycanlı işçi tikinti sahəsində hündürlükdən yıxılaraq ölüb

Dərbənddə üç işçi tikintidə yüksək hündürlükdən yıxılaraq ölüb.
 Dağıstanın güc strukturlarındakı mənbə ölənlərin azərbaycanlı olduğunu bildirib.
Məlumata görə, ilkin ehtimal kimi, onların hündürlükdən yıxılaraq öldükləri nəzərdən keçirilir. Eyni zamanda, hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.
Qeyd edək ki, Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti çərşənbə axşamı Dərbənddə tikinti sahəsinin yaxınlığında üç nəfərin meyitinin aşkar olunduğu xəbərini təsdiqləyib.
//report