Ronaldo klubunu dəyişir
    • 12-03-2021, 10:41
    • 640

Ronaldo klubunu dəyişir

İtalyanın "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo yay transfer pəncərəsində İspaniyanın "Real Madrid" klubuna keçə bilər.

News24.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb. 

Bildirilib ki, futbolçunun agenti Jorje Mendeş bununla bağlı ilkin danışıqlar aparıb.

Qeyd edək ki, bundan əvvəl "Daily Star" portalı "Yuventus"un Çempionlar Liqasından ayrılmasından sonra Portuqaliyalı futbolçunun başqa komandaya keçməyi barədə ciddi düşündüyünü yazmışdı. K.Ronaldonun "Yuventus"dakı maaşı illik 31 milyon avrodur.