-
- 12-03-2021, 12:02
- 1 159
“Atasız doğulan hər şəhid balası üçün hönkür-hönkür ağlamışam” - Tanınmış ginekoloq İlahə Quliyevayla VİDEOMÜSAHİBƏ - FOTOLAR
İlahə Quliyeva - Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin və Fransa Milli Mama Ginekoloqlar Kollecinin üzvüdür. O, 2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Claude Bernard Lyon 1 Universitetində Mamalıq və Ginekologiya ixtisası üzrə təhsil alıb. Həmçinin Qadın, Ana, Uşaq Universitet Baza Xəstəxanasında rezident mama-ginekoloq vəzifəsində çalışıb. Eyni illərdə Azərbaycan Dövlət və Fransa Dövlət Təqaüdlərinə layiq görülüb. 2018-ci ildə isə Mamalıq Ginekologiya və Cərrahlıq ixtisasları üzrə Tibb üzrə Fəlsəfə Doktorluğu elmi dərəcəsi üçün müdafiə edib.
Azərbaycanın tanınmış ginekoloqu İlahə Quliyeva News24.az-ın suallarını cavablandırır.
- Son zamanlar sizi ginekoloq, qadın xəstəlikləri uzmanı ilə yanaşı, vətəndaş, yardımsevər bir xanım kimi də tanıdıq. Şəhid ailələrindəki xanımların əməliyyatlarını və müayinələrini nəzərdə tuturam. Bu təşəbbüsə nə zaman qərar verdiniz?
- Artıq uzun müddətdir ki, bir sıra xeyriyyə aksiyaları təşkil edirdik. Xüsusilə də, 20 Yanvar şəhidlərinə daha çox qayğı və diqqət göstərmişəm. Amma bu dəfəki təşəbbüs tam başqa idi. 30 ildir xalqımız qələbə sevincini gözləyirdi və nə xoş ki, biz bu şanlı tarixi görə bildik. Amma o ağır günlərdə hər bir vətəndaş kimi mən də, əlimdən gələni etməyə çalışdım, nə kimi faydam toxuna bilər, bu barədə çox düşündüm. Bəzi həkimlərimiz ön cəbhəyə getdilər, orda yardımlarını nümayış etdirdilər. Mən isə bir cərrah, mama-ginekoloq olaraq fikirləşdim ki, ön cəbhədə bizi qoruyan igid oğullarımızın xanımlarına dəstək olum, onların ginekoloji problemlərini həll edim. Bununla da vətəndaş kimi mənəvi borcumu az da olsa, ödəmiş olum. Bu müddət ərzində çox sayda doğuşlarımız, keysəriyyə və ginekoloji əməliyyatlarımız oldu. Bununla yanaşı bir sıra müayinələri və müalicələri də həyata keçirdik. Çox xoşbəxtəm ki, bu əməllərimlə Şəhid xanımlarının yanında ola bildim .
- Təbii doğuş, yoxsa keysəriyyə? İndiyədək qadınların çoxunun keysəriyyəyə meylləndiyini deyirdilər. İndi vəziyyət necədir?
- Əlbəttə ki, bütün sahələrdə olduğu kimi, ginekologiyada da hər şeyin təbiisinə üstünlük verməyə çalışırıq. Doğuş fizioloji və təbii bir prosesdir. Ona görə də, burda təbii doğuşa üstünlük veririk. Lakin buna baxmayaraq, xəstələr öncədən çeşitlənməlidir. Bilinməlidir kimin nəyə göstərişi var. Əgər, pasiyentin təbii doğuşa əks göstərişi yoxdursa, onu elə təbii yolla sonlandırmaq lazımdır. Bu halda dərhal keysəriyyəyə qaçmaq lazım deyil. Unutmamalıyıq ki, keysəriyə də bir əməliyyatdır və hər əməliyyatın da özünəməxsus fəsadları var. Amma təbii doğuşa əks göstəriş varsa, o zaman doğuş keysəriyyə əməliyyatı ilə bitməlidir. Amma bir reallıq da var ki, xanımlarımız ağrıdan, həmçinin də təbii doğuşdan sonra yaranan fəsadlardan çox qorxur. O fəsadlar məhz genital zonada yaranır. Məsələn, doğum cırığı, travmalar, uşaqlıq yolunun, düz-bağırsağın sallanması, sidikqaçırma və sairə. Bütün bu problemlər cinsi həyata da təsir göstərir. Elə məhz buna görə də əksəriyyət keysəriyyəyə üstünlük verir. Amma elə burdan əziz xanımlarımıza səslənirəm ki, təbii doğuşdan heç də qorxmasınlar. Çünki bizdə tam ağrısız şəkildə də doğuşlar həyata keçirilir. Yəni, bu da bizim öz əlimizdədir. Bununla yanaşı, qeyd etmək istərdim ki, biz xəstələrimizə sancı zamanı bir sıra idman hərəkətlərini etmələrini tövsiyə edirik. Məsəlçün, top üzərində edilən müəyyən hərəkətləri ağrını xeyli azaldır. Onu da deyim ki, təbii doğuşdan sonra yaranan bütün fəsadları aradan qaldırmaq da bizim əlimizdədir. Belə ki, Azərbaycana ən son model yüksək texnologiya olan “Femilift” lazer cihazı gətirmişik ki, bu da doğuşdan sonra yaranan bütün problemləri aradan qaldırır. Uşaqlıq yolunun tonusunu bərpa edir və gələcəkdə sallanma kimi problemləri aradan qaldırır. Yəni, bu məsələdə də xanımlarımıza kömək edib dəstək oluruq. Amma sevindirici məqam odur ki, faiz etibarı ilə təbii doğuşa üstünlük verən xanımlarımız çoxalıb.
- Estetik ginekologiyadan danışaq. Sizcə, bu dəbdir, yoxsa qadınların həyatı üçün zəruri, funksional müdaxilədir?
- Estetik ginekologiya 21-ci əsrin əsas aktual məsələlərdən biridir. Burdan xanımlara səslənib demək istəyirəm ki, estetik ginekologiyanı digər estetik əməliyyatlarla səhv salmasınlar. Estetik əməliyyatlar gözəlləşmək üçün nəzərdə tutulubsa, estetik ginekoloji əməliyyatlar birbaşa xanımın sağlamlığı üçündür. Estetik ginekologiya funksional olaraq cinsəl orqanlarını düzgün şəkildə fəaliyyət göstərməsini və estetik görünüşü bərpa edir. Çünki, ginekoloji zona çox vacibdir. Uşaqlıq yolu, sidik kisəsi və düz-bağırsaq, bunlar bir-birinə sıx birləşmiş orqanlar kompleksidir. Bu zonada hər hansısa bir problem yaranarsa, gələcəkdə çox böyük fəsadlarla qarşı-qarşıya gələ bilərsiniz. Sidiyə getməkdə çətinlik, qəbzliq, sallanma kimi problemlər yaşaya bilərsiniz. Amma estetik ginekoloji əməliyyatlardan sonra bu cür funksional pozgunluqlar aradan qalxır. Həm də estetik baxımdan da gözəlləşdirilir. Bu da qadında özgüvəni artırır. Nə xoş ki, günü-gündən bu cür əməliyyatlara təlabat artır. Hətta deyərdim ki, bununla da kifayətlənməyib qadınlarımızı daha çox marifləndirməliyik. Çünki, hələ də, bəzi xanımlarımız təbii doğuşdan sonra sidik qaçırmanı, sallanmanı normal sayır. Halbuki bunların heç biri normal hal deyil. Ona görə də, gələcəkdə orqanların 3, 4-cü dərəcədə sallanmaması, sidiyə gedə bilməməklə qarşılaşmamaq, pamperslə yaşamağa məhkum olmamamaq, cinsi həyatdan zövq ala bilmək üçün pasiyent mütləq bizə müraciət etməlidir. Ana olmaq, qadın xoşbəxtliyini əldən almamalıdır.
- Ginekoloqlar çox zaman xanımların öz təşəbbüsü ilə ginekoloji “çekap”lara getmədiyindən gileylənirlər. İndi vəziyyət necədir? Neynəmək olar ki, xanımlar müntəzəm, könüllü olaraq bu müayinələrdən keçsinlər?
- Çox haqlı olaraq ginekoloqlarımız gileylənirlər. Bu məsələdə mən də xanımlarımızdan narazıyam. Nəzərə alsaq ki, qadınlarda yaranan ciddi xəstəliklərin başında ginekoloji problemlər dayannır, o zaman xanımlarımız mütləq şəkildə hər altı aydan bir ginekoloji “çekap”lardan keçməlidirlər. Onlar ancaq problem olanda ginekoloqa müraciət etməməlidirlər. Düzdür, son dövrlərdə bu cür müntəzəm olaraq müayinəyə gələnlərin sayı artıb. Amma bu say da yetərli deyil. Çünki, statistik göstəricilər çox aşağıdır. Burda əsas yük həkimlərin üzərinə düşür. Onlar mütləq geniş təbliğat aparıb xanımları maarifləndirməlidirlər.
ilahequliyeva.az
İnstagram: ginekoloq_dr.ilahequliyeva
FB: drilahaguliyeva
Mobil:(+994) 50 365 80 90
Sevda Bayramova
VİDEO – FOTO: Fərid Şabanov, Hüseyn Həsənov