Separatçıların canına “Bayraktar” qorxusu düşüb - ŞƏRH
    • 13-03-2021, 13:09
    • 543

Separatçıların canına “Bayraktar” qorxusu düşüb - ŞƏRH

“Separatçı hər yerdə separatçıdır, düşüncə tərzləri oxşardır”.
 

Bunu News24.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
 
O, Donbass separatçılarının lideri Denis Puşilinin Ukraynanın genişmiqyaslı müharibəyə başlayacağı ilə bağlı səsləndirdiyi fikirləri belə şərh edib: “Puşilinin bu cümləsi diqqəti çəkib: “Qarabağ müharibəsi təcrübəsini diqqətlə öyrəndik. Ukrayna sərhədi keçib müharibəyə başlayarsa, biz də dayanmayacağıq.

Separatçı hər yerdə separatçıdır, düşüncə tərzləri oxşardır. Erməni separatçıları da bizi bu sözlərlə hədələməyə çalışırdılar ki, Azərbaycan müharibəyə başlasa, daha çox torpaqlar işğal edəcəklər. Nəticədə isə Azərbaycan işğal altındakı torpaqların böyük hissəsini azad etdi. Digər tərəfdən Azərbaycanın müharibədə qazandığı uğur Ukrayna ordusu üçün həvəsləndirici mahiyyət daşıyıb və Kiyev Türkiyədən məşhur “Bayraktarları” alıb. Ona görə Denis Puşilin gərək indidən “Bayraktarlardan” necə qorunacağı haqqında ciddi düşünsün, çünki Rusiyanın vaxtilə erməni separatçılarına verdiyi hava hücumundan müdafiə sistemləri işə yaramadı”.
 
Siyasət şöbəsi