-
- 13-03-2021, 12:53
- 644
Bu vəzifəli şəxslər niyə istefa verdi? - AÇIQLAMA
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə genişmiqyaslı islahatlar aparılır. Hazırda ölkəmizin qarşısında yenilənmək, inkişaf etməklə bağlı vəzifələr dayanır. Biz də həmin çağırışlara qoşulmaq üçün bu addımı atmışıq. Burada qeyri-adi heç nə yoxdur.
Bunu Hesablama Palatasının işdən çıxmaqla bağlı ərizə yazan auditoru Mehriban Alışanova deyib.
“Bizim hər birimizin kifayət qədər iş stajımız var. Biz işdən çıxmaqla gənc nəslə yol veririk. Çünki idarəçiliyi öyrənməyə illər lazımdır. Heç kim bizi eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazmağa məcbur etməyib. Elə bir söhbət yoxdur”, - o bildirib.
Xatırladaq ki, Hesablama Palatasının 7 auditorundan 4-ü - Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.
İşdən ayrılanlardan biri - Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavinidir. O, 2008-ci ilin dekabr ayında Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.O, BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova isə AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.