AzTU-nun qadın əməkdaşı koronavirusdan DÜNYASINI DƏYİŞDİ
    • 13-03-2021, 16:47
    • 514

AzTU-nun qadın əməkdaşı koronavirusdan DÜNYASINI DƏYİŞDİ

Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova 58 yaşında vəfat edib.

News24.az
xəbər verir ki, bu barədə AzTU-nun mətbaut katibi Sevinc İsgəndərova məlumat verib. O qeyd edib ki, R.Kərimava koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.

AzTU-nun rəhbərliyi və kollektivi Rəna Kərimovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin! /report.az