Goranboyda polislər şəhid ailələrini ziyarət etdi
    • 14-03-2021, 12:47
    • 543

Goranboyda polislər şəhid ailələrini ziyarət etdi

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə bayram sovqatları paylayıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar.
 
Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər onları Novruz bayramı münasibəti ilə təbrik ediblər.