-
- 6-04-2020, 10:21
- 834
Xocalı rayon Polis Şöbəsinin əməkdaşları AKSİYA KEÇİRDİ - FOTO
Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının almaq məqsədi ilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənNews24.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi və bir neçə kəndində yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza “Evdə qal” devizi altında müxtəlif ərzaq məhsullarından və tibbi ləvazımatlardan ibarət sovqatlar verilib.
Həmçinin onlarla maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə edilib. Sovqatları qəbul edən ailələr istər RPŞ-nin, istərsə də rayon İcra Hakimiyyətinin mütəmadi göstərdikləri yardımlara görə təşəkkürünü bildiriblər.