-
- 15-03-2021, 11:45
- 954
"Anamı 12 yaşında tanımışam" - NAİBƏ ALLAHVERDİYEVA
"Məleykə Əsədovanın ailə qurmasını görürəm. Amma tez zamanda deyil. Allah ona gözəllik verib. Qadın gərək, qadın kimi də xoşbəxt olmalıdır. Bunu da hiss edirəm ki, 5-6 ildən sonra böyük sevgi yaşayacaq. Niyə də olmasın? Gözəl xanımdır".
News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasında deyib. O, söhbət əsnasında anasından da danışıb: "Atam anamdan ayrılmışdı. O vaxtlar atamı çox sevirdi. Ona dəli kimi aşiq idi. Anam atamı 25 il gözlədi. Lakin xəstəliyə düçar olduğuna görə bizi atama verib. Atam da bacımı yanında saxladı. Məni də bibimə verdilər. Anam yanıma gəlib-gedirdi, amma bilmirdim ki, o mənim anamdır. O qədər gözəl idi ki, gözəlliyinə vurğun idim. Həmişə mənə kotlet bişirirdi. Soruşurdu ki, "məni çox istəyirsən?" Hansısa bir hiss məni ona çəkirdi. Fikirləşirdim ki, niyə daxilimdə bu qadına qarşı bir hisslərim, duyğularım var. Sanki hiss edirdim ki, bu mənim anamdır. Ona qarşı həm istək, həm də nifrət var idi... Artıq 12 yaşımda qulağıma pıçıldadılar ki "o sənin anandır".
Xalq artisti özündən yaşca kiçik həyat yoldaşından bəhs edib: "Həyat yoldaşım məndən altı yaş balacadır. Onun 29 yox, 50 yaşı var. Sadəcə olaraq cavan görünür, yaxşı saxlayıram. Yanımdan harasa gedir ki, qısqanclıq olsun? O, çox təmiz adamdır. Bir dəfə hiss etməmişəm ki, hansısa bir xanıma baxsın. Mənə deyir ki, sən mənim üçün dünyanın ən gözəl, ən gənc qadınısan. Hərdən güzgüyə baxıb deyirəm ki, qocalıram. Hələ bircə dəfə mənə deməyib ki, bu nə paltardır, geyinmisən. Bu saç sənə yaraşmır, nə günə düşmüsən və sairə. Belə kişilər də var...".
Sevda Bayramova