55 yaşlı xalq artisti "İstərdim ki, bir neçə övladım olsun"
    • 5-08-2018, 10:27
    • 1 873

55 yaşlı xalq artisti "İstərdim ki, bir neçə övladım olsun"

Xalq artisti Naibə Allahverdiyeva şəxsi həyatı haqda açıqlamalar edib. 

3 il öncə 2-ci dəfə ailə həyatı quran aktrisa arzularını dilə gətirib:

"Xoşbəxtəm, çünki həyat yoldaşım məni dünyalar qədər sevir. Məmin xoşbəxliyim həyat yoldaşəmdan asılıdır. O, istədiyi zaman məni xoşbəxt, istədiyi zaman isə bədbəxt edir. Dünyanın ən böyük gözəlliyi ana olmaqdır. İstərdim ki, bir neçə övladım olsun və kənddə yaşayım, nəvələrim olsun.

Amma bəzən görürük ki, 3-4 övladı olanlar da boşanır. Ailədə sevgidən çox hörmət və anlayış olmalıdır".

Teymur Məmmədov
//Xəzər maqazin