Gəncədə daha iki məktəb koronavirusa görə bağlandı
    • 15-03-2021, 14:05
    • 413

Gəncədə daha iki məktəb koronavirusa görə bağlandı

Gəncə daha iki orta məktəb distant təhsilə keçib.  

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev məlumat verib. Buna səbəb 31 nömrəli tam orta məktəbdə 4 şagirdin, 36 nömrəli tam orta məktəbdə isə 3 müəllimin COVİD-19 infeksiyasına yoluxmaları ilə bağlıdır.

Onun sözlərinə görə, məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə dərslər dayandırılıb və hər iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl də Gəncədə daha iki məktəb distant təhsilə keçib.