Azərbaycanlı model ərəb şeyxinin qızının evlilik təklifinə cavab verdi
    • 24-10-2018, 14:15
    • 3 155

Azərbaycanlı model ərəb şeyxinin qızının evlilik təklifinə cavab verdi

Azərbaycanlı model Əli Hüseynov ərəb şeyxlərindən birinin qızından evlilik təklifi almasından danışıb.

Ərəb ölkələrində populyar olduğu üçün qadınların diqqətini çəkməyi bacarır:
“Ərəb şeyxinin qızından evlilik təklifi almışam. Xanım mənə mesaj bölməsində yazdı, evlənməyi təklif etdi. Fotolarım ərəb ölkələrində çox populyardır, sosial şəbəkədə tez-tez paylaşılır. Təklifə müsbət cavab vermədim. Azərbaycan qızlarını dünyanın heç bir yerindəki qızlara dəyişmərəm”.
Qeyd edək ki, sosial şəbəkə fenomeni olan Ə.Hüseynov “Mister Azerbaijan 2017” müsabiqəsinin də qalibidir.

//Musavat.com