Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur - VİDEO
    • 15-03-2021, 15:32
    • 458

Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur - VİDEO

Əməliyyat-taktiki təlimlərində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.

Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.