General-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum oldu - YENİLƏNDİ
    • 16-03-2021, 09:49
    • 492

General-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum oldu - YENİLƏNDİ

Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum olub.

News24.az xəbər verir ki, R. Əkbərov Ukrayna Respublikasının sorğusu əsasında həbs edilib.

Belə ki, R. Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib. Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


****

Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbs edilməsi bağlı xəbərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, R. Əkbərovun həbs edilməsi ilə yayılan xəbərlər doğrudur. 

Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcəkdir.

Xatırladaq ki, mətbuatda  R. Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.