Qurban Qurbanov: "Hər şey sabah müəyyənləşəcək"
    • 24-10-2018, 14:55
    • 921

Qurban Qurbanov: "Hər şey sabah müəyyənləşəcək"

Hamı bilir ki, vacib oyuna çıxırıq.
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Vorskla"nı qəbul edəcək.

Qarşılaşmadan əvvəl Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Hər iki komandanın xalı yoxdu. Bu üzdən oyun haqda çox danışmağa ehtiyac yoxdu. Komandanı tam hazırlamışıq. Hamı matça ciddi hazırlaşır. Düşünürəm ki, sabah maraqlı və gərgin mübarizə olacaq".

- Məlum olaydan sonra komandada psixoloji cəhətdən köklənmə necədi?
- Hər şey qaydasındadı. Səhvlər olacaq. Bu, tam fərqli turnirdi. Heç bir problem yoxdu.

- "Vorskla" "dişinizə" uyğun rəqibdi. Bu, sizdə psixoloji təzyiq yaratmır?
- Başa düşürük. Ciddi qrupa düşmüşük. Komandada böyük məsuliyyət var. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq.

- Gerye sabah iştirak edəcəkmi?
- Durumu yaxşıdı və oynamaq ehtimalı var. Hər şey sabah müəyyənləşəcək.

- Əsas problemlərimizdən biri də hücum xətti ilə bağlıdı. "Vorskla"nın qapısına qol vurmağın yollarını tapa bilmisinizmi?
- Hələ oynamamışıq, axtaracağıq. Qalib gəlmək üçün mütləq qol vurmağa çalışacağıq.

- Oyuna azarkeş marağı o qədər də yüksək deyil. Azarkeşlərə səslənmək fikriniz varmı?
- Məncə, ehtiyac yoxdu. Onlar həmişə bizimlə olublar. İnanıram ki, sabah da xeyli sayda azarkeş olacaq.

- "Vorskla" ilk iki oyunda qol vura bilib. Bununla bağlı planınız varmı?
- Qol vuran komandadılar. Müdafiədə diqqətli və hücumda sürətli olmalıyıq. Hər şeyi nəzərdən keçirmişik və bunlara tam hazırlaşmışıq.
//matç.az