-
- 16-11-2018, 18:55
- 1 013
Qurban Qurbanov: "Rəqibin sürprizlərinə hazır olacağıq"
"Çox danışmağa ehtiyac yoxdur, hər şey aydındır. Oyuna pis hazırlaşmamışıq. Düzgün oyun qurmağa çalışacağıq".
Bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adaları komandası ilə ev oyunundan əvvəl deyib.
46 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda baş tutan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Pavel Paşayevin durumu necədir?
- Hər şey qaydasındadır
- Rəqibin baş məşqçisi və kapitanı iddialı danışdı. Sürprizlərə hazırsınız?
- Rəqibi yaxşı tanıyırıq. Bir oyunumuz olub onlarla. Hər bir komanda iddialı danışmalıdır. Biz də iddialıyıq. Rəqibin sürprizlərinə hazır olacağıq.
- Heyətə yeni oyunçular cəlb etmisiniz. Start heyətdə necə, dəyişiklik olacaq?
- Belə bir fikir bildirə bilməyəcəm. Heyət sabah oyundan əvvəl bilinəcək.
- Son vaxtlar həm milli, həm "Qarabağ" səfərdə yaxşı oyanyır. Bu nə ilə bağlıdır?
- Bunu nə iləsə əlaqələndirməzdim. Səfərdə yaxşı oyun göstərmək pis hal deyil. Adətən komandalar evdə yaxşı oynayır. Kiçik turnirdi. Bunu evdə də edə bilərik. Səfərdə oynayanda taktika bir az fərqli olur. Rəqib hücum edir, boşluqlardan istifadə etmək imkanı yaranır. Biz indi elə durumda deyilik. Həm evdə, həm səfərdə qalib gəlmək istəyirik.
//Report