“Tuğ həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq” - Dövlət başçısı
    • 16-03-2021, 12:45
    • 494

“Tuğ həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq” - Dövlət başçısı

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Tuğ kəndində olublar.

News24.az-ın məlumatına görə, Prezident İlham Əliyev Tuğun qədim Azərbaycan kəndi olduğunu bildirib.

Dövlət başçısı ermənilərin Tuğ kəndinin məktəbinin dağıtdıqlarını deyib: “Görün, nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq.
Tuğ kəndində azərbaycanlıların ermənilər tərəfindən dağıdılmış evləri. Buradan bütün dağıntılar yaxşı görsənir.

Təbii ki, Tuğ kəndinin sakinləri öz evlərini tanıyırlar. Əminəm ki, yaxın gələcəkdə Tuğun sakinləri öz doğma kəndlərinə qayıdacaqlar.
Görün, Azərbaycan necə də gözəldir. Qarabağ necə də gözəldir. Dağıdılmış bütün kəndləri, şəhərləri bərpa edəcəyik”.

Dövlət başçısı və xanımı Tuğda Alban məbədində olublar.
“Bunlar növbəti erməni saxtakarlığıdır. Sonradan gətirilmiş daşlardır. Bu məbədə heç bir aidiyyəti yoxdur.

Bura qədim Alban məbədidir. Bu məbəd də udi qardaşlarımıza qaytarılacaqdır. Ermənilər bunu da erməniləşdirmək istəyiblər, amma alınmayıb və alınmayacaq. Bundan sonra Azərbaycan dövləti bu Alban məbədini qoruyacaq”, - Prezident bildirib.