PUA heyətləri təlim tapşırıqlarını icra edir - FOTO/VİDEO
    • 16-03-2021, 14:12
    • 611

PUA heyətləri təlim tapşırıqlarını icra edir - FOTO/VİDEO

Əməliyyat-taktiki təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürür.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.