Hava Hücumundan Müdafiə bölmələri təlim-döyüş tapşırıqlarının icrası üçün mövqe rayonlarını TUTDULAR - VİDEO
    • 21-05-2020, 09:58
    • 798

Hava Hücumundan Müdafiə bölmələri təlim-döyüş tapşırıqlarının icrası üçün mövqe rayonlarını TUTDULAR - VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

Müdafiə nazirliyindən News24.az-a verilən xəbərə görə, HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.