Gürcüstanda cinayətlər törədən şəxs Bakıda saxlanıldı- Foto
    • 16-03-2021, 14:23
    • 304

Gürcüstanda cinayətlər törədən şəxs Bakıda saxlanıldı- Foto

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində yerləşən ərzaq mağazalarından birindən oğurluq etməkdə şübhəli bilinən Samir İsmayılov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, həmin şəxs Gürcüstan Respublikasında müxtəlif cinayətlər etməkdə şübhəli bilindiyi üçün həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Qeyd edilən faktlarla bağlı S.İsmayılov barəsində araşdırmalar davam etdirilir.