Samuxda qanunsuz ov edən şəxs saxlanıldı
    • 17-03-2021, 09:36
    • 330

Samuxda qanunsuz ov edən şəxs saxlanıldı

Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində Gəncə şəhər sakini Rəşid Əsgərovun, özünəməxsus, müvafiq icazə sənədləri olan “Valter” markalı tüfənglə Samux rayon ərazisində qanunsuz olaraq çöl quşlarını ovlaması müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan News24.az-a verilən məlumata görə, R. Əsgərov qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti orqana göndərilib.