-
- 17-03-2021, 12:11
- 398
Son günlər Azərbaycanda koronavirus niyə artır? – SƏBƏB
Azərbaycanda son günlər koronavirusa yoluxanların sayının artmasının bir neçə səbəbi ola bilər. Bunun başlıca səbəbi bütün dünya üzrə yoluxma hallarının yeni dalğasının Azərbaycana da təsirsiz ötüşməməsidir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, ölkəmizdə müşahidə olunan qeyri-sabit hava şəraiti də virusal xəstəliklərin yayılması üçün münbit şərait yaradır: “Yoluxmaların artmasının ehtimal edilən üçüncü səbəbi isə getdikcə insanlarda arxayınlıq hissinin yaranması, ictimai yerlərdə və ünsiyyətlərdə qripal viruslara qarşı qabaqlayıcı tədbirlərin arxa plana atılmasıdır”.
Hazırki yoluxma sayının karantin rejiminin sərtləşməsinə zəmin yaratması məsələsinə toxunan R.Mahmudov bildirib k, istənilən ölkə birillik təcrübəni də nəzərə alaraq, eyni zamanda ölkədəki səhiyyə resurslarının vəziyyəti, xəstəxanalarda, reanimasiya yataqlarındakı, süni tənəffüs aparatlarındakı doluluq səviyyəsi nəzərə alınaraq tədbirlər planı hazırlayır: “Dünyadakı birillik təcrübə onu göstərdi ki, sərt karantin rejimlərinin tətbiqindən daha çox, insanların şəxsi gigiyenik qaydalara riayət edərək qabaqlayıcı tədbirlər görməsi, eləcə də cəmiyyətin böyük bir hissəsinin virusa qarşı mübarizəyə məsuliyyətlə yanaşması müəyyən nəticə verə bilər. /Trend/