Suraxanıda dövlət mülkiyyətini oğurlayan dəstə üzvləri saxlanıldı
    • 17-03-2021, 16:14
    • 401

Suraxanıda dövlət mülkiyyətini oğurlayan dəstə üzvləri saxlanıldı

Suraxanı rayonu 4-cü Mədən ərazisi adlanan yerdən dövlət mülkiyyətində olan dəmir boruları qanunsuz olaraq kəsib oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarınını həyata keçirdikləri əməliyyat–axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Səid Əlizadə, Rüstəm Mirzəyev və onun qohumu Sərxan Mirzəyev tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər ümumi uzunluğu 50 metrə yaxın olan dəmir boru xəttini kəsərək R.Mirzəyevin idarə etdiyi avtomobillə həmin ərazidən aparıblar.

Həmin şəxslər saxlanılan zaman oğurlanan borular onlardan aşkar olunaraq götürülüb.

Faktla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir. Dəstə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.