"Zəfər qazanmağımızın əsas səbəbkarları onlardır" - İLHAM ZƏKİYEV
    • 19-03-2021, 12:03
    • 335

"Zəfər qazanmağımızın əsas səbəbkarları onlardır" - İLHAM ZƏKİYEV

"Bu gün Ramana qəsəbəsində şəhid və Qarabağ əlillərinə mənzillər verildi". 

News24.az xəbər verir ki, bu sözləri ikiqat Paralimpiya çempionu, AMPK-nın vitse-prezidenti İlham Zəkiyev Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzilin təqdim olunması tədbirində bildirib: "Cənab Prezident İlham Əliyev hər zaman bu insanları diqqət mərkəzində saxlayıb, onlara qayğı ilə yanaşıb. Çünki zəfər qazanmağımızın əsas səbəbkarlardan birincisi onlardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm. Xeyirli-uğurlu olsun".