Bu gün Azərbaycanda iş vaxtı 1 SAAT QISALDILIR
    • 19-03-2021, 13:36
    • 264

Bu gün Azərbaycanda iş vaxtı 1 SAAT QISALDILIR

İş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq 1 saat qısaldılır.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) News24.az-a verilən məlumata görə, altıgünlük iş həftəsilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.

Rəsmi məlumata görə, bu, qısaldılmış iş vaxtında işləyənlərə şamil edilmir.

Qeyd edək ki, sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır.